08.05.2023
5 may 2023-cü il Heydər Əliyev ili çərcivəsində silsilə tədbirlərin davamı olaraq Mir Cəlal Paşayev Ev muzeyi və Mirzə Şəfi Vazeh adına 16 nömrəli məktəbin 8-ci sinif şagirdləri ilə birgə "Müstəqilliyimizi xilas etmiş və əbədiləşdirmiş lider " adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin məsləhətçisi Aləmzər Əlizadə, Əməkdar mədəniyyət işcisi Bəxtiyar Muradov, 16 nömrəli orta məktəbin 8-ci sinif şagirdləri və muzeyin kollektivi iştirak edirdi.
Tədbirdə vətən uğrunda canından , qanından keçən oğul və qızlarımızın müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi. Muzeyin elmi işçisi Bağırova Səadət Ümummilli liderin həyat və yaradıcılığından geniş məlumat verdi.Aləmzər Əlizadənin Ulu Öndərlə bağlı xatirələri tədbir iştirakçılarında xoş təəsürat yaratdı. Şagirdlərin Heydər Əliyev haqqında şeirləri , rəqsləri tədbirə rəng qatdı. Sonda muzeyin direktoru İradə İbayeva tədbirdə fəal iştirakına görə məktəbin müəllimi Nərgiz Allahverdiyevaya və şagirdlərə kitab hədiyyə etdi.